“Zirvəyə doğru” adlı əl işi hazırlandı
Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında, Şuşaya “Zəfər” yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. İlham Əliyev bu səfəri zamanı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. Mövzu ilə əlaqədar olaraq 04 noyabr 2022-ci il tarixində rəsm müəllimi Şəfiqə Məmmədova VIII sinif şagirdləri ilə birdə “Zirvəyə doğru” adlı əl işi hazırlandı. Məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, ordumuzun şanlı qələbəsini, tarixi abidələrimizi, qəhrəmanların döyüşçü ruhunu təcəssüm etdirən əl işləri yaratmaqla onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarət olub.