Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdən öncə Pirallahı rayonunda Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə Memorial Kompleks və Ulu Öndərin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunub, əklil, gül dəstələri qoyularaq ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev,  “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və başqaları vurğulayıblar ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib. Xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir

Çıxışlardan sonra partiyanın yerli təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında aktiv iştirakına görə 231 nömrəli məktəbin şagirdləri YAP-ın 30 illiyinə həsr olunmuş şahmat turnirində 2-ci yerin qalibləri Safura Məmmədova və Leyla Məmmədova, inşa-yazı müsabiqəsində 2-ci yerin qalibi Firuzə Səmədova və mini-futbol turnirinin iştirakçıları olan 11-ci sinif şagirdlərinə medallar diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

https://youtu.be/Ae6Ifq414KY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi