“Elektron ünvanım olsaydı...” mövzusunda açıq dərs keçirildi
24 oktyabr 2022-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyovanın VI sinifdə “Elektron ünvanım olsaydı...” mövzusunda açıq dərsi oldu. Dərsdə şagirdlər fəallıq göstərdilər. Onlar qruplara bölünərək, mövzu ətrafında diskussiya apardılar, internetin faydaları və zərərli cəhətlərini təhlil etdilər, Microsoft proqramının yaradıcısı Bill Qeyts haqqında araşdırma apardılar. Dərsin ən maraqlı hissəsi dərsdə fəal iştirak edən şagirdlərin və qrupların müəllim tərəfindən fəxri fərmanlarla təltif olunması oldu. Bu təltif olunma şagirdlərin böyük sevincinə səbəb oldu.