“Füzuli sən azadsan!” adlı tədbir keçirildi
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur. Mövzu ilə əlaqədar 17 oktyabr 2022-ci il tarixində tədbir keçirilib. Tədbirdə direktor Lamiyə Quliyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakşıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov iştirak ediblər. Çıxış edənlər Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldığını qeyd etdilər.