Cəbrayıl rayonunun işğaldan azad olunmasından iki il ötür
04 oktyabr 2022-ci il tarixdə Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 2-ci ildönümü ilə əlaqədar olaraq məktəbin AKT zalında tədbir təşkil edilmişdir. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Seymur Yusibov və RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Loğman Müslümov iştirak etmişdir.
Çıxış edənlər Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirdilər. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldığını qeyd etdilər.