“44 günlük Vətən müharibəsi...” adlı dəyirmi masa keçirildi

26 sentyabr 2022-ci il tarixində Vüsalə Bayramova IV sinif şagirdləri ilə birgə “44 günlük Vətən müharibəsi...” adlı dəyirmi masa keçirdi. Dəyirmi masada  məktəbin direktoru Lamiyə Quliyeva və tarix müəllimi Vüsalə Alyarova iştirak etdilər. Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sinif rəhbəri  27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verdi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırdı. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu bildirdi. Video çarx izlənildı. Sonda şəhidlərə həsr olunmuş kompozisiya nümayiş etdirdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi