“Şəhidlər ölməz, Vətən bölünməz” adlı sinif saatı keçirildi.
26 sentyabr 2022-ci il tarixində 27 sentyabr – Anım Günü ilə əlaqədar Məhbubə Cəfərova II sinif şagirdləri ilə birgə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə hörmət əlaməti olaraq sinif saatı təşkil etmişdir. Sinif saatında şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra sinif rəhbəri çıxış edərək 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsindən bəhs etmişdir. Sonda şagirdlər şəhidlərə, orduya və vətənə həsr edilmiş şeirlər söyləyiblər.