Pedaqoji şuranın iclası keçirildi
23 sentyabr 2022-ci il tarixində 2022-2023-cü dərs ilinin başlanması münasibətilə Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd yeni dərs ilində qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı müvafiq qərarların qəbul edilməsi olmuşdur.
Pedaqoji Şuranın toplantısında direktor Lamiyə Quliyeva və təlim-tərbiyə işləri üzrə direkror müavini Seymur Yusibovun məruzələri dinlənilib.
İclasda 2022-2023-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər,müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələlərin müzakirəsi olmuşdur.
Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.