Pedaqoji Şura iclası keçirildi

28 iyun 2022-ci il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq 2021-2022-ci tədris ilinin yekunu ilə əlaqədar Pedaqoji Şurasının sonuncu iclası keçirildi.Pedaqoji Şura iclasında məktəbin direktor əvəzi Seymur Yusibovvə müəllimlər iştirak etdilər. Pedaqoji şuranı direktor əvəzi Seymur Yusibovun çıxışı ilə başladı. O gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.İclasda ilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.məktəbin Pedaqoji Şurasının qərarı ilə 2021-2022-ci tədris ili üçün geyim formasının seçilərək  müəyyənləşdirildi. Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi