“Son zəng” keçirildi
14 iyun 2022-ci il tarixdə məktəbin həyətyanı sahəsində “Son zəng” tədbiri təşkil olundu. Təşkil olunan tədbirdə başda direktor əvəzi Seymur Yusibov olmaqla, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Hüseynov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon bölməsinin sədri Təranə İskəndərova, Gürgən qəsəbə nümayəndəsi Nicat Qafarov, YAP Pirallahı Rayon Təşkilatının məsul əməkdaşı Vüqar Nəsirov, məktəbin müəllim, şagird heyəti, valideynlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Seymur Yusibov müstəqil həyatın astanasında duran məzunlara gələcək həyatlarında uğurlar arzuladı, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etdi. Şagirdlərə təbriklərini çatdırmaq üçün müəllim heyəti də çıxışlar etdi.
Tədbir şagirdlərin hazırladıqları maraqlı kompozisiya ilə davam etdi.