“Vətən sərhəddən başlayır” adlı maarifləndirici tədbir keçirildi
28 May Müstəqillik Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan edilmişdir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Mövzü ilə əlaqədar olaraq 26 may 2022-ci il tarixdə “Vətən sərhəddən başlayır” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu barədə şagirdlərə ətraflı məlumat verildi.