15 May “Beynəlxalq Ailə Günü” ilə əlaqədar dəyirmi masa keçirildi

13 may 2022-ci il tarixində  15 May “Beynəlxalq  Ailə Günü” ilə əlaqədar məktəbin kitabxanasında  tərbiyə işləri üzrə direktor müavininin, kitabxanaçının və şagirdlərin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini bildirdi ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Tədbirdə həmçinin şagirdlərin milli-mənəvi dəyərlər, ailə dəyərləri ilə bağlı maarifləndirilməsindən bəhs edilib. Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi