Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirildi

    06.05.2022-ci il tarixində məktəbin AKT zalında ulu öndər Heydər Əliyevin 99 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə direktor əvəzi Seymur Yusibov, YAP Pirallahı Rayon Təşkilatının sədr müavini Məcid Əhmədov, YAP Pirallahı Rayon Təşkilatının məsul əməkdaşı Vüqar Nəsirov iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan direktor əvəzi Seymur Yusibov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev özünün fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lideri müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin Ulu Öndərin təməlini qoyduğu strategiyanın təntənəsi adlandırdı.

    Sonra çıxış edən YAP Pirallahı Rayon Təşkilatının sədr müavini Məcid Əhmədov Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı.

    Daha sonra çıxış edən, YAP Pirallahı Rayon Təşkilatının məsul əməkdaşı Vüqar Nəsirov Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışdı. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, məhz Heydər Əliyevin sayəsində sivilizasiyalı, demokratik və hüquqi cəmiyyət qurulmuş, yeni konstitusiya qəbul edilmiş, Azərbaycan Avropa şurasının üzvlüyünə daxil olmuşdur. Digər bütün nailiyyətlərə Heydər Əliyevin sayəsində nail olunduğunu qeyd etmişdir. Tədbir şagirdlərin hazırladıqları kompozisiya ilə davam etdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi