“Təbiəti qorumaq hər kəsin borcudur” başlığı altında iməclik keçirildi
Vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur. Doğma yurdun təbiətini sevmək, ona övlad məhəbbəti bəsləmək bizim hər birimizin müqəddəs amalına çevrilməlidir. Mövzu ilə əlaqədar olaraq 27 aprel 2022-ci il tarixində ibtidai sinif müəllimi Aygün Məmmədova IV sinif şagirdləri ilə birgə məktəbin həyətində şagirdlərlə birgə iməclik keçirdi.