“Mütaliə ruhun qidasıdır” adlı sinif saatı keçirildi
26 aprel 2022-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyovanın təşkilatçılığı ilə VIII sinif şagirdlərinin iştirakı ilə “Mütaliə ruhun qidasıdır” adlı sinif saatı keçirilib. Müəllim mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyəti haqqında ətraflı məlumat verib. Sonda maraqlı müzakirə olub. Şagirdlər öz fikirlərini bildiriblər.