Erkən nigahın qarşısının vaxtında alınması məqsədilə maarifləndirici söhbətlər aparıldı
Erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də mövcuddur və narahatlıq doğuran bir məsələdir. Bu sahədə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə 14 aprel 2022-ci il tarixində məktəbin VII-IX sinif şagirdləri arasında tərbiyə işləri üzrə direktor müavini və psixoloq tərəfindən maarifləndirici söhbətlər aparılıb. Müəllimlər bildirdilər ki, erkən nikah hallarının baş verməsi ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir.