Valideynlərlə növbəti görüş keçirildi
Məktəb qarşısında duran ən önəmli vəzifə milli ruhlu vətəndaş, şəxsiyyət yetişdirməkdir. Şagird şəxsiyyətinin formalaşması məsələsində məktəb-valideyn əlaqəsi məktəblər və onun ən aparıcı qüvvəsi olan müəllimlərdən böyük məsuliyyət tələb edir. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı vətənsevər yüksək mənliyə, ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin vəhdəti ön planda olsun.
Bu məqsədlə 04 aprel 2022-ci il tarixində IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İclasda çıxış edən sinif rəhbəri Könül Mahmudova buraxılış sinif şagirdlərinin valideynləri ilə keçirilən sınaq monitorinqlərdə əldə etdikləri nəticələri müzakirə edib. Müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında onlara tövsiyələr verib.