Mart soyqırımı ilə əlaqədar sinif saatı keçirildi
Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Mövzu ilə əlaqədar 30 mart 2022-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini, hərbi hazırlıq müəllimi, Azərbaycan dili və ədəbiyyat müəllimi, V-VII sinif şagirdləri arasında mart soyqırımı ilə əlaqədar sinif saatı keçirdi. Sinif saatının keçirilməsində əsas məqsəd azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridən erməni quldurlarının vəhşiliklərini gələcək nəslin nümayəndələrinə çatdırmaqdan ibarət olub.