“Yurdumuza bahar gəlir” adlı tədbir keçirildi
Novruz bayramı hər zaman Azərbaycanda xususi təntənə ilə qeyd edilib. Məktəbdə Novruzun qeyd edilməsinin əsas məqsədi şagirdlərə bayramın tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir.
Novruz bayramı münasibətilə məktəbin akt zalında 15 mart 2022-ci il tarixində “Yurdumuza bahar gəlir” adlı tədbir təşkil edildi. Tədbirdə direktor əvəzi Seymur Yusibov, Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Bölməsinin sədri Arzu Cahangirova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşı Tural Cəfərov iştirak edirdilər. Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları nümayiş edildi. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, kosa, keçəl və bahar qızın iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdirdilər.