İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar kitabxanada dəyirmi masa keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2021-ci il tarixli Sərəncamı ilə bu il Azərbaycanın bir çox ziyalılarının yetişməsində əvəzsiz rol oynamış İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi qeyd olunur. Mövzu ilə əlaqədar olaraq 09 mart 2022-ci il tarixində məktəbin kitabxanasında şagirdlərlə birgə dəyirmi masa təşkil edildi. Tədbirdə iştirak edən müəllimlər bildirdilər ki, Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyasında əldə ediblər. Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında istifadə edildiyi vurğulandı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.