“Sağlam qidalanma” başlığı altında tədbir keçirildi
02 mart 2022-ci il tarixində VIII sinif şagirdlərinin iştirakı ilə “Sağlam qidalanma” başlığı altında tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova şagirdlərə məlumat verərək bildirdi ki, düzgün qidalanma həyat keyfiyyətini: sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bir sıra qeyri-infeksion xəstəliklərin qarşısını almağa imkan yaradır. Sağlam qidalanma ona görə lazımdır ki, hər bir insan qidalanmada düzgün sərbəst seçim etməyi öyrənsin. Sağlam qidalanma seçimi üzrə ümumi qaydalar bütün yaş kateqoriyalarına, həmçinin məktəbdə təhsil alan şagirdlər üçün də tətbiq edilir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.