“Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” adlı maarifləndirici tədbir keçirildi

    Məktəbdə şagirdlərin fiziki tərbiyəsi təlim-tərbiyənin ən vacib məsələlərindəndir. Müstəqil Azərbaycanın təhsil sistemində aparılan islahatlar dərslərin məzmun və formaca yeniləşməsini tələb edir. 01 mart 2022-ci il tarixdə məktəbin idman zalında “Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən müəllimlər bildirdilər ki, idman təkcə orqanizmi deyil, həm də uşaqlarda sinir sistemini inkişaf etdirir, zehni sistemin normallaşmasını təmin edir, beyindəki gərginliyi aradan qaldırmağa və başın aydınlaşmasına köməklik göstərir. Buna görə də fiziki tərbiyə üzrə dərs və məşğələlərin təkmilləşdirilməsi, yeni tədris metodlarının istifadə edilməsi zərurəti ortaya çıxarır. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi