Məktəbəhazırlıq qrupundakı şagirdlər sevindirildilər
İnsanlarda ilkin bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edilir. Təhsilimizin inkişafına təsir edən amillərdən biri də uşaqların məktəbəhazırlıq qruplarının yaradılmasıdır. Bu gün məktəblərin maddi-texniki bazası kifayət qədər güclüdür və gündən-günə də inkişaf etdirilir. Görülən işlərin tərkib hissəsi olaraq 28 fevral 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə məktəbəhazırlıq qrupundakı şagirdlərə rəngli karandaşlar, fırçalar, rəngli kağızlar, qayçılar, plastilinlər, şəkilli albomlar və s. paylanıldı.