Məktəbdə reproduktiv sağlamlıqla bağlı maarifləndirici tədbir keçirildi
Reproduktiv sağlamlıq üzrə yeniyetmələrin məktəblərdə maarifləndirilməsi məktəbin prioritet məsələlərindən biridir. 28 fevral 2022-ci il tarixində mövzü ilə əlaqədar olaraq məktəbdə yeniyetmələrin reproduktiv sağlamlığı barədə maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlərə daha geniş tibbi məlumatlar verilməklə yanaşı, bu məsələnin mənəvi dəyərləri xüsusilə vurğulandı. Qeyd olundu ki, yeniyetmələrin psixoloji vəziyyəti və onların bu mövzuda maarifləndirilməsi böyüklərin, valideynlərin dəstəyindən də asılıdır.
Məktəbdə Azərbaycanın milli dəyərlərinə uyğun tərzdə gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmaların tətbiq edilməsi, maarifləndirmə işlərinin təşkili üçün tədbirlərin görülməsi davam etdirilir.