İdman həftəsi çərçivəsində “İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları” ilə əlaqədar tədbir keçirildi
Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.
Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral 2022-ci il tarixində məktəbdə idman həftəsi ktəşkil olunubdur.
Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur.
İlk olaraq 28 fevral 2022-ci il tarixində “İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları” mövzusunda maarifləndirici söhbətlər aparıldı.