STEAM layihəsi çərçivəsində “Mikroblitdən istifadə qaydaları” mövzusunda dəsr keçirildi
STEAM-in formalaşdırdığı 21-ci əsr üçün vacib bacarıqlar sayəsində təhsilalanlar şəxsiyyət kimi formalaşır.
STEAM- ənənəvi dərslərdən fərqlənir. Müəllim dərsə girib mövzu ətrafında danışıb, şagirdləri sual-cavab edib, zəng vurulan kimi çıxıb getmir. Burada şagirdlər danışır, ideya verir, öz ideyalarını gerçəkləşdirirlər. Dərsdə əsas məsələ şagirdin qiymətləndirilməsi deyil, onun öyrənməsidir. Nəzərdə tutduğu işi başa çatdıra bilməyən şagirdə müəllimi, valideyni kömək edir və o, yaratmaq istədiyini başa çatdırır. Sonda ortaya çıxan məhsul şagirdin nəzərdə tutduğu olmasa belə, buna görə müəllim ona “2” yazmır. Əksinə, bu nəticəsini yeni bir fürsət kimi dəyərləndirməsini təmin edir. 25 fevral 2022-ci il tarixində Mahmudova Könül və VI sinif şagirdlərinin iştirakı ilə STEAM dərsində “Mikroblitdən istifadə qaydaları” mövzusunda dərs keçirildi. Dərs faydalı və səmərəli olmaqla yanaşı, şagirdlərin də böyük marağına səbəb oldu.