Pedaqoji Şuranın növbəti iclası keçirildi

22 fevral 2022-ci il tarixində Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd məktəb sənədlərinin qaydaya salınması, jurnalların cədvəllərə uyğun yazılması, ümumilikdə qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı kollegial qərarların qəbul edilməsi olmuşdur.

            Pedaqoji Şuranın toplantısında direktor əvəzi Seymur Yusibovun məruzələri dinlənilib.

İclasda 2021/2022-ci təsdis ilinin birinci yarısında məktəbin şagird kontingenti barədə məlumat, 2021/2022-ci təsdis ilinin birinci yarısına dair məktəbin təlim nəticələri, pandemiya qaydaları ilə əlaqədar görülən işlər, məktəbdaxili qiymətləndirmənin təşkili, fənn olimpiadalarının və məktəbdaxili fənn müsabiqələrinin təşkili, STEAM, dərnək və dərsdənkənar məşğələlərin tədrisi vəziyyəti, məktəbdənkənar işlərin, tərbiyəvi əhəmiyyətli tədbirlərin təşkili, məktəb - valideyn əlaqələrinin qurulması, şagirdlərin dərsə davamiyyətinin təşkili istiqamətində görülən işlər, sağlam və psixoloji mühitin təşkili istiqamətində aparılan işlər, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələləri pedaqoji heyətin diqqətinə çatdırıldı.

            Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi