Kitabxanada Xocalı faciəsinin 30 illiyi ilə bağlı tədbir təşkil olunub

22 fevral 2022-ci il tarixində məktəbin kitabxanasında Xocalı faciəsinin 30 illiyi ilə bağlı tədbir təşkil olunub. Tədbiri tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova açaraq Xocalı faciəsi haqqında geniş məlumat verib. Bildirib ki, Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Ermənilər Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Daha sonra kitabxanaçı Mirzəhra Bayramova soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildiyini, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin isə girov götürüldüyünü bildirib. Sonda şagirdlər mövzuya dair öyrəndikləri şeirləri səsləndiriblər.

https://youtu.be/vhGLf8bH2OA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi