“21 fevral Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar sinif saatı keçirildi
21 fevral 2022-ci il tarixində “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tərbiyə işləri üzrə direktor müavini, ibtidai sinif müəllimi və şagirdlərinin iştirakı ilə “Ana dilim ”adlı sinif saatı keçirildi. Müəllimlər çıxışlarında şagirdlərə Beynəlxalq Ana Dili Gününün tarixi, ümummilli liderimiz Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti haqqında geniş məlumat verdilər. Eyni zamanda bildirildi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ünsiyyət vasitəsi olan Azərbaycan dilinə bu gün dövlətimiz tərəfindən də ən yüksək səviyyədə diqqət, qayğı göstərilir, onun saflığının qorunması və inkişafı üçün mühüm addımlar atılır. Sinif saatında şagirdlər Ana dilinə aid öyrəndikləri şeirləri söylədilər.