“Xocalının qisasını döyüş meydanında aldıq” adlı inşa müsabiqəsi keçirildi
14 fevral 2022-ci il tarixində Xocalı soyqırımının 30-ci ildönümü ilə əlaqədar VII sinif şagirdləri arasında “Xocalının qisasını döyüş meydanında aldıq” adlı inşa müsabiqəsi keçirildi. Şagirdlər Xocalıda törədilmiş soyqırımının insanlığa qarşı bəşəri bir cinayət olduğunu qeyd etmişlər. Azərbaycan dili müəllimi bu soyqırımın, eyni zamanda bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu qeyd etdi. Ali Baş Komandan İlham Əliyev və güçlü ordumuz sayəsində Xocalının qisasının döyüş meydanında alındığını bir daha vurğuladı.