Şagirdlərin nizam-intizam qaydalarına əməl etmələrini təmin etmək məqsədilə maarifləndirici söhbətlər aparılır
Dinamik inkişaf edən təhsil sistemində yeniliklər bir-birini sürətlə əvəzləyir. Baş verən müsbət dəyişikliklərin və yeniliklərin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması və təşviqi olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməsində əsas rol oynayır. Ən vacib məsələlərdən biri də şagirdlərin dərsə davamiyyətidir. Şagirdlərin dərsə davamiyyəti hər gün izlənilir və məktəb rəhbəri tərəfindən nəzarət olunur. Bu istiqamətdə görülən işlərin davamı kimi 07 fevral 2022-ci il tarixdə yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparıldı.