“20 Yanvar şəhidləri unudulmur” adlı anım tədbiri keçirildi
18 yanvar 2022-ci il tarixində məktəbin foyesində 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “20 Yanvar şəhidləri unudulmur” adlı anım tədbiri keçirildi. Tədbirdə çıxış edən hər bir müəllim bildirdi ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha sübut etdi, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə qəlmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.