20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

1990-cı il 20 Yanvar hadisələrindən 32 il keçir. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.

            17 yanvar 2022-ci il tarixdə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirildi. İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi  bildirdi ki, 20 Yanvar xalqımız üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O həmçinin qeyd etdi ki,  o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq həyatını təhlükə altına qoyaraq Moskvadakı Azərbaycan  nümayəndəliyinə gələrək SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   pisləmişdir. Məhz 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildi. Sonra tədbir bədii hissə ilə davam etdirildi. Şagirdlər 20  Yanvar faciəsi ilə bağlı şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi