Gənclərin çağırışaqədərki hazırlığı mövzusunda tədbir keçirilib

Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən vacib məsələdir. Bu sahədə isə ümumtəhsil müəssisəsisələri xüsusilə önəmli rol oynayır.
21 dekabr 2021-ci il tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və tarix müəlliminin iştirakı ilə gənclərin çağırışaqədərki hazırlığı mövzusunda tədbir keçirildi. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Tədbirin keçirilməsində əsas məsəd yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək, X-XI sinif şagirdlərinin hərbi xidmətə hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işləri müzakirə etmək, bu sahədə atıla biləcək addımların müəyyən olunması yolunda fikir mübadiləsi aparmaqdan ibarətdir.