Məktəbdə peşəyönümü xidmətinin təşkilinin həyata keçirilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 may tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş  Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətin təşkili üzrə Nümunəvi Fəaliyyət Planı”na əsasən təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə məktəbdə peşəyönümü xidmətinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edir.

Peşəyönümü xidmətinin məqsədi şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə vaxtında məlumatlandırılması, onların meyl, maraq və qabiliyyətlərini nəzərə alaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsi, karyera planlaşdırılması və ilkin sahibkarlıq bacarıqlarının aşılanmasıdır.

Xidmət şagirdlərə ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün və şüurlu qərar qəbul etməyə kömək edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi