Şagirdlərin “Risk qrupu”na meyilliliyinin qarşının alınması məqsədilə maarifləndirici işlər həyata keçirilir
Məktəbdə müəllim və valideynlərlə birlikdə şagirdlərin fərdi psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi, psixoloji davranışında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin, riskli davranışlara, zərərli vərdişlərə aludəçiliyin vaxtında aşkar edilərək aradan qaldırılması istiqamətlərində qabaqlayıcı tədbirlər həyata keçirilir.
02 noyabr 2021-ci il tarixində məktəbin psixoloqu Kübra Əliyeva şagirdlərin “Risk qrupu”na meyilliliyinin qarşının alınması məqsədilə XI sinifdə psixodiaqnostik sorğular aparmışdır.