Şagirdlərin pandemiya dövründə məktəbə adaptasiyası
Şagirdlərin pandemiya dövründə məktəbə adaptasiyası istiqamətində işin təşkili məqsədilə 01 noyabr 2021-ci il tarixində məktəbin psixoloqu Kübra Əliyeva V sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparıb. Məqsəd ənənəvi dərslərə qayıdan şagirdlərdə baş verə biləcək davranış, motivasiya pozuntularını aşkara çıxarmaq, sosiallaşma problemi yaşayanlara dəstək olmaq, şagirdlərin psixoloji durumuna daha yaxından bələd olmaqdan ibarət olub.