VIII sinif şagirdləri ilə psixologiyaya dair anket sorğusu keçirildi
Məktəbdə risk qrupuna daxil olan şagirdlərin fərdi psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi, psixoloji davranışında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin, riskli davranışlara, zərərli vərdişlərə aludəçiliyin vaxtında aşkar edilərək aradan qaldırılması istiqamətlərində qabaqlayıcı tədbirlər həyata keçirilir. Mözü ilə əlaqədar olaraq məktəbin psixoloqu Kübra Əliyeva 04 noyabr 2021-ci il tarixində VIII sinif şagirdləri ilə anket sorğusu kecirib.