Zəngilan rayonunun işğaldan azad edilməsindən 1 il ötür
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Mövzu ilə əlaqədar 21 oktyabr 2021-ci il tarixində sinif saatı keçirilib. Tədbirdə cıxış edən direktor əvəzi Seymur Yusibov bildirib ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin məqsədyönlü siyasəti, Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalanır. O, həmçinin bildirib ki, döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib.
Daha sonra cıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Süpay Məmmədov İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.