Füzuli rayonunun işğaldan azad olunmasından bir il ötür
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur. Füzuli əməliyyatı Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilib. Mövzu ilə əlaqədar 16 oktyabr 2021-ci il tarixində Tədbir keçirilib. Tədbirdə direktor əvəzi Seymur Yusibov, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Süpay Məmmədov və Tural Cəfərov iştirak ediblər. Çıxış edənlər Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldığını qeyd etdilər.