Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
Azərbaycan xalqı ötən 29 il ərzində hər il 18 may tarixini Laçın rayonunun işğalı günü kimi qeyd edərdi. Lakin bu il tam fərqlidir. Laçın bu gün azaddır və 18 may tarixini Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir.
18 may 2021-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini və tarix müəllimi VIII sinif şagirdləri ilə birgə mövzu ilə əlaqədar maarifləndirici söhbətlər aparmışlar. Tarix müəllimi Vüsalə Alyarova bildirib ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib. Müəllim qeyd edib ki, artıq azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Heç şübhə yoxdur ki, azad olunmuş rayonların sakinləri qısa zamanda doğma yurd-yuvalarına qayıdacaqlar.