Məktəbdə COVİD-19 xəstəliyi ilə bağlı maarifləndirici söhbətlər aparılır
COVİD-19 xəstəliyinin yoluxma hallarının qarşısını almaq, baş vermiş halların təsirini azaltmaq məqsədi ilə zəruri tədbirlərin görülməsi vacibdir.
18 may 2021-ci il tarixində Pirallahı rayonu 10 saylı BŞX-nın həkimi Günay Babayeva və məktəbin tibb bacısı İradə Hacıyeva tərəfindən şagirdlər arasında hal-hazırda dünyada geniş yayılan koronavirusla bağlı maarifləndirici söhbətlər aparılaraq bildirildi ki, bu xəstəlik adi soyuqdəymə, qızdırma və ya boğaz ağrısı kimi simptomlarla başlayır. Ümumilikdə şagirdlərlə bu virusun törətdiyi fəsadlar və onlardan necə qorunmaq lazım olduğu barədə maarifləndirici söhbətlər aparıldı