Professor Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olunmuş onlayn qaydada riyaziyyat fənnindən nümunəvi dərs təşkil olundu.
Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə əlaqədar 07 may 2021-ci il tarixində riyaziyyat müəllimi onlayn qaydada “nümunəvi dərs” təşkil etmişdir. Müəllim ilk öncə hazırladığı videocarx vasitəsi ilə Professor Lütfi Zadənin yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən dahi bir şəxsiyyət olduğunu şagirdlərəin nəzərinə çatdırdı. Onun qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə də, həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.