“Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider” mövzusunda onlayn sinif saatı təşkil edildi.
07 may 2021-ci il tarixində IV sinif şagirdləri ilə birgə onlayn sinif saatı təşkil edildi. Sinif rəhbəri öz çıxışlarında Heydər Əliyevin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu bildirib. Şagirdlərin diqqətinə çatdırıldı ki, Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülmüşdür.
Daha sonra şagirdlərimiz Ulu Öndərə həsr olunmuş şeirlər və Ümummilli Liderin kəlamlarını söyləyiblər.