Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə və abadlaşdırma işləri aparılıb.
06 may 2021-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə başda direktor Seymur Yusibov olmaqla 231 nömrəli məktəbin heyyəti tərəfindən məktəbin həyətində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aksiya zamanı məktəbdə ağaclar əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılmışdır.