Dahi şəxsiyyət və müdrik lider ulu öndər Heydər Əliyev mövzusuna həsr edilmiş onlayn tədbir keçirildi
05 may 2021-ci il tarixində “Dahi şəxsiyyət və müdrik lider ulu öndər Heydər Əliyev” mövzusuna həsr edilmiş onlayn qaydada tədbir keçirildi. Tədbirdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini və kitabxanaçı qeyd etdilər ki, ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Müəllimlər şagirdlərin diqqətinə çatdırdılar ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi kursu layiqincə davam etdirməkdədir. Məhz Onun rəhbərliyi ilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilmişdir.