Yaradıcı və sağlam mühit mövzusunda maarifləndirici tədbir keçirildi
Məktəbdə yaradıcı və sağlam mühitin yaradılması əsas şərtlərdəndir. Belə mühitdə pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşır. Yaradıcı və sağlam mənəvi-psixoloji mühitin yaradılması məqsədilə onlayn qaydada silsilə tədbirlər keçirilir. Mövzu ilə əlaqədar olaraq 19 aprel 2021-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini şagirdlərlə videokonfrans vasitəsi ilə görüş təşkil etdi. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdləri yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan sosial şəxsiyyətlər kimi yetişdirməyə çalışmaqdır.