Məktəbdə sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.
Uşaq və yeniyetmələr arasında intihar, özünə qəsd, spirtli içki, narkotik vasitələrdən istifadə, yaxınlarının vəfat etməsi, erkən nikah, məişət zorakılığı və s. halların qarşısının vaxtında alınması məqsədilə 09 aprel 2021-ci il tarixində məktəbin psixoloqu Kübra Əliyeva V-XI sinif şagirdlərinin valideynləri ilə onlayn görüş keçirdi. Mövzu ilə əlaqədar valideynlərlə maarifləndirici söhbətlər aparıldı, onlara tövsiyələr verildi və valideynləri maraqlandıran suallar cavablandırıldı.