Məktəbəhazırlıq qrupundakı şagirdlər sevindirildilər
Təhsilimizin inkişafına təsir edən amillərdən biri də uşaqların məktəbəhazırlıq qruplarının yaradılmasıdır. Buna görə məktəbəqədər təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün məktəblərin maddi-texniki bazası kifayət qədər güclüdür və gündən-günə də inkişaf etdirilir. Görülən işlərin tərkib hissəsi olaraq 18 mart 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbəhazırlıq qruplarına göndərilən rəngli karandaşlar, fırçalar, rəngli kağızlar, qayçılar, plastilinlər, şəkilli albomları şagirdlərə paylanıldı.