Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımı
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da V-IX sinif şagirdlərinin iştirakı ilə onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova erməni terrorçuları tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır. Daha sonra çıxış edən tarix müəllimi Vüsalə Alyarova 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildiyini, daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğunu bildirərək, qeyd etmişdir ki, hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza qarşı törədilən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində yorulmaq bilmədən çalışır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kompaniyası soyqırımını dünyaya tanıdır.
Tədbirin sonunda şagirdlər Xocalı soyqırımına dair öyrəndikləri şeirləri söylədilər.